Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bill Qeyts boşanır - FOTO

Bill Qeyts boşanır - FOTO

Tarix: 4 May 2021 07:06

"Microsoft"un qurucusu Bill Qeyts və arvadı Melinda Qeyts boşanmaq qərarına gəliblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Bill Qeyts tvitter hesabında paylaşım edib.

Cütlüyün adından yayımlanan postda "evliliyi bitirmə qərarı" aldıqları bildirilib.

27 ildir evli olan cütlüyün üç övladı var. Cütlüyün "Bill&Melinda Gates" Fondu 45 milyard dollar dəyərə malikdir.

Milli.Az


Etiketlər:  Bill Qeyts boşanır FOTO


RƏYLƏR