Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada “Müqəddəs Peter və Paul” kilsəsində yanğın olub - FOTO

Fransada “Müqəddəs Peter və Paul” kilsəsində yanğın olub - FOTO

Tarix: 4 May 2021 08:40

Fransanın Lill şəhərində "Müqəddəs Peter və Paul" kilsəsində yanğın baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Gerald Darmanen "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, yanğının səbəbini müəyyənləşdirmək üçün istintaq başlanacaq.

Yerli mətbuatda dərc olunan xəbərə görə, Lillin Vazem rayonunda qeydə alınan yanğın yanğısöndürənlər tərəfindən bir neçə saat ərzində söndürülüb.  

Kilsənin dam örtüklərinin yanmış hissələrinin qoparaq töküldüyü bildirilib.


Etiketlər:  Fransada Müqəddəs Peter Paul kilsəsində yanğın olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ