Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 08:58
Rusiyanın Buryatiya Respublikasında yerləşən Mondi qəsəbəsi yaxınlığında 5 turist qar uçqun altında qalıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli qərargahının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yaşayış məntəqəsi yaxınlığındakı "Qorelov" aşırımında qeydə alınıb.
Ərazidəki dağlardan böyük qar kütləsi enərək yolu bağlayıb.
Qeyd edilib ki, hadisə zamanı qeydiyyatdan keçməmiş 5 nəfərdən ibarət turist qrupu həmin marşrut üzrə hərəkətdə imiş.