Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünən şəhid Elvin Novruzovun doğum günü idi - VİDEO

Dünən şəhid Elvin Novruzovun doğum günü idi - VİDEO

Tarix: 4 May 2021 12:10

Döyüş yoldaşları arasında öz qəhrəmanlğı ilə seçilən, manqa komandiri, şəhid Elvin Novruzovun ötən gün doğum günü idi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhidimiz uşaqlıqdan düşmənə nifrət hissi ilə böyüyüb.

Babası Vahid Allahverdiyev deyir ki, onu hərbi xidmətə özü yola salıb. Müharibə başlayanda Elvin belə deyib: "Baba, qisas vaxtı yetişdi".

O, hər telefon zəngində evlərinə qələbə xəbəri çatdırırdı. Qubadlı uğrunda gedən döyüşlərdə isə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb.

Bu gün şəhidimizin adına Sumqayıt şəhər 18-ci mikrorayonda bulaq inşa olunub.

Qeyd edək ki, 20 yaşlı Şəhid Elvin Novruzov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Dünən şəhid Elvin Novruzovun doğum günü idi VİDEO


RƏYLƏR