Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 13:34
Koronavirusa qarşı peyvəndlərin qoruyuculuğunda Hindistan ştammına qarşı zəifləmə müşahidə olunur. Lakin bu o demək deyil ki, peyvəndlər effektiv deyil.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Emil Qasımov deyib.
"Hindistan ştammının öldürücülüyü barədə hələlik elmi məlumat yoxdur. Sadəcə onun daha yoluxucu olduğu deyilir. Bu ştamm hələ də araşdırılır. Onun 4-cü dalğa yaradıb-yaratmayacağını isə zaman göstərəcək. Əgər bu ştamm yayılarsa, yoluxmada ciddi say artımı müşahidə edilə bilər. Çünki Hindistan ştammında bütün ştamlara qarşı əlimizdə olan peyvəndlərin qoruculuğu zəifləyir", - o bildirib.
Həmçinin E. Qasımov qeyd edib ki, ötən gündən ölkəmizdə tətbiq edilən "AstraZeneca"nın viruslara qarşı qoruyuculuğu digər peyvəndlərlə müqayisədə kifayət qədərdir.