Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

CEO: ''AccessBank biznesə hərtərəfli dəstək verməyə davam edəcək''

CEO: ''AccessBank biznesə hərtərəfli dəstək verməyə davam edəcək''

Tarix: 31 Iyul 2019 19:15

Bakı. Trend:

AccessBank 2019-cu ilin birinci yarısına dair maliyyə hesabatını açıqlayıb.

Bankın yaydığı məlumatda deyilir ki, ənənəvi olaraq bankın depozit portfeli artım nümayiş etdirib. Belə ki, cari ilin əvvəlindən bank sektorunun depozit portfeli 3% artdığı bir vaxtda, AccessBank-ın portfeli 114,212 milyon manat və ya 23% artaraq 615,350 milyon manata çatıb. Qeyd edək ki, hazırda portfelin həcmi tarixi maksimuma yüksəlib.

İlk yarımillikdə AccessBank-ın gəlirləri 45,851 milyon manata çatıb ki, bu da ötən illə müqayisədə 18,536 mln. manat artımdan xəbər verir. Hesabat dövrünün sonuna bankın xalis əməliyyat mənfəəti 15,719 milyon manat təşkil edib.

Hazırda bankın məcmu kapitalı 76,685 milyon manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 53.4% çoxdur.

Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 7.88%, məcmu kapitalın adekvatlıq əmsalı isə 12.45% təşkil edib ki, bu da normanı müvafiq olaraq 57.6% və 24.5% üstələyir.

İyunun sonuna bankın ani likvildik əmsalı 92.86% təşkil edir ki, bu da normadan (30%) təxminən 3.1 dəfə çoxdur.

Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Biz ölkədə işgüzar aktivliyin bərpa olunmasını müşahidə edirik ki, bu da kreditləşməyə müsbət təsir edir. İlin əvvəlindən AccessBank 215 mln. manatdan artıq biznes kreditləri verib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 mln. manat çoxdur. Biz ölkədə sahibkarlığın inkişafına dəstək verməyə davam edəcəyik. Qeyd edim ki, AccessBank 53%-lik bazar payı ilə mikro kreditlərin verilməsində bazarda liderliyini qoruyur. Bank tərəfindən kreditlərin təxminən 97%-i milli valyutada verilir. Son iki ildə bankın kredit portfeli olduqca keyfiyyətlidir və hazırda gecikmə əmsalı minimal səviyyədədir. Bank Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi ilə uğurlu əməkdaşlıq edir, bu yaxınlarda isə İpoteka və Kredit Zəmanəti Fondu ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Biz müxtəlif biznes seqmentlərinə dəstək verərək bankın inkişaf strategiyasının prioritet istiqamətləri üzrə aktiv fəaliyyətimizi davam etdirəcəyik".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AccessBank biznesə hərtərəfli dəstək verməyə davam edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ