Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 17:50
"Birincisi çömçə deyiləm özümü ortalığa atım. Bir-birimizə hörmətimiz var. Rəqsanəyə dedim ki, hansı verilişə getmişəm, o, sualı veriblər".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə fatimə Fətəliyeva "7 Canlı" proqramında deyib. Sənətçi şou-biznesdə son günlər baş verən qalmaqallardan danışıb. O, ad çəkmədən qalmaqal edən müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifovaya söz atıb:
"Kor deyilik, nə baş verdiyini görürük. Utanıram ki, bu aləmdəyəm. Sənət adamlarından üzr istəyirəm, utanıram ki, sizinlə eyni səhnədəyəm. Ayıbdır, hamınız xanımsınız. Bəylər qalıb kənarda, səsləri çıxmır. Bu dəqiqə elə şeylər var ki, pərdə arxasında olmaldır. Siz hər şeyi qoymusuz ortalığa: ərləriniz, sevgililərinizi qoymusuz ortalığa. Hamınıza hörmətim var, mənə qarşı pis hərəkətiniz olmayıb. Amma sənətdə olan biri və tamaşaçı kimi sizin yerinizə utanıram. Moskvaya mən də gedib-gəlmişəm, sabah da gedə bilərəm. Dava-dalaş olsa da, lap belə biabırçılıq yox".