Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 20:16
Marsdakı orqanizmlər dünyada ölümcül epidemiyalara səbəb ola bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Marsdan Nümunə Gətirilməsinə qarşı Beynəlxalq Komitənin (ICAMSR) üzvü Gilbert Levin deyib.
Onun sözlərinə görə, Marsdakı mikroorqanizmlər Yerdə dağıdıcı "Mars vəbası" pandemiyasına səbəb ola bilər:
"Marsdan Yerə daş və torpaq nümunələrinin gətirilməsi böyük risklər daşıyır. Nümunələr dünyaya təhlükəsiz qablarda gətirilsə belə, bəzilərinin qabların açılacağı laboratoriyadan sızma ehtimalının yüksək olmasından narahatam".
Qeyd edək ki, NASA-nın Marsa göndərdiyi "Perseverance" roverinin topladığı nümunələrin dünyaya gətirilməsi üçün qurum və Avropa Kosmik Agentliyi (ESA) 2026-cı ildə missiya göndərməyi planlaşdırır.