Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 22:56
Bu ilin birinci rübündə Tvitter şirkətinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 1,04 milyard ABŞ dollarına çatıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin maliyyə direktoru Ned Seqal məlumat verib.
Onun sözlərinə görə, tvitterin reklam gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 32,3% artaraq 889 milyon ABŞ dolları olub.
Şirkətin gözləntilərinə görə, tvitterin ikinci rübdəki ümumi gəliri 980 milyon ABŞ dollarından 1,08 milyard ABŞ dollarına çatacaq.