Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda külək 15 ağacı aşırıb - Bir işıq dirəyinə ziyan dəyib - FOTO

Bakıda külək 15 ağacı aşırıb - Bir işıq dirəyinə ziyan dəyib - FOTO

Tarix: 5 May 2021 11:52

Güclü külək paytaxtın müxtəlif ərazilərində irigövdəli ağacların aşmasına səbəb olub.

Bu barədə Sonxeber.net-a Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, gün ərzində 15 ağacın aşması qeydə alınıb:

"Ağaclar daha çox Nərimanov, Nəsimi və Binəqədi rayonlarında aşıb. Hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ağac qırıntılarının hadisə yerindən götürülməsi istiqamətində işlər davam etdirilir".

Qeyd edək ki, Nərimanov rayonu ərazisində ağacın aşması səbəbindən işıq dirəyinə də ziyan dəyib.


Etiketlər:  Bakıda külək ağacı aşırıb işıq dirəyinə ziyan dəyib FOTO


RƏYLƏR