Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər rusları hədələyir - Njdenin Xocavənddəki abidəsini sökəni öldürəcəklər

Ermənilər rusları hədələyir - Njdenin Xocavənddəki abidəsini sökəni öldürəcəklər

Tarix: 5 May 2021 12:04

Xocalıdakı ermənilər faşist terrorçu Qaregin Njdenin abidəsini sonadək qorumağa hazırdır.
 
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu haqda "infoteka24" teleqram-kanalı məlumat yayıb.
 
"Heykəli kim götürsə - onu öldürəcəyik". Məlumata görə,  faşist xislətli ermənilər abidənin üstündə belə yazıb və bunun fotosunu mediaya göndəriblər.
 
Xatırladaq ki,  dünən - mayın 4-də Azərbaycan torpağındakı erməni separatçı-terrorçu rejiminin mətbuat katibi Lusine Avanesyan sosial şəbəkələrin erməni seqmentində Azərbaycan Respublikasının Xocavənd şəhərində  erməni faşisti Qaregin Njdeyə qoyulmuş abidənin sökülməsi haqda şayiələri təkzib edib.
 
P.S. Guya ki, Rusiya hərbçiləri istəsələr, Xocavənddəki bu murdar heykəli sökə bilməzlər?  Terrorçu nasist Njde ilk növbədə faşistlərin tərəfində Rusiyaya qarşı vuruşub...
 


Etiketlər:  Ermənilər rusları hədələyir Njdenin Xocavənddəki abidəsini sökəni öldürəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ