Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 14:04
Satış-sərgidə 1000-ə yaxın əl işi nümayiş olunur
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, əlilliyi olan şəxslərin əl işlərinin satış sərgisi başlayıb. Sosial Xidmətlər Agentliyi, Asan xidmət və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin əl işləri nümayiş olunur.
Satış-sərgidə 10-dək sənət növü üzrə 1000-ə yaxın əl işi nümayiş olunur.
Aprel ayında 1 saylı DOST Mərkəzində start verilən bu satış-sərgilər may ayı ərzində davam edəcək
Satış-sərgilərin təşkilində məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.