Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ana yurdu candan əziz tutanlar - VİDEO

Ana yurdu candan əziz tutanlar - VİDEO

Tarix: 5 May 2021 15:04

Nəcəf Hüseynov Kəlbəcərdə gedən döyüşlər zamanı şəhadətə ucalıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, uşaq yaşlarından anasını itirərək nənəsinin himayəsində böyüyüb. Ən böyük arzusu əsgər olmaq idi. Elə bu məqsədlə könüllü olaraq ordu sıralarına yazılıb və Müddətdən Artıq Hərbi Qulluqçu kimi xidmətə başlayıb.

İlk dəfə hərbi forma geyinəndə isə onun sevincinə nənəsi şərik olub. Söhbət şəhid Nəcəf Hüseynovdan gedir.

Uşaqlıq arzusunu həyata keçirən Nəcəf Vətən Müharibəsində böyük şücaət göstərərək, düşmənin ürəyinə qorxu hissi salıb. O, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

2020-ci ilin sentyabrın 30-da Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Nəcəf şəhidlik zirvəsinə ucalaraq Azərbaycan xalqının qüruruna çevrildi. Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Onlar ölməz ruhla, gedir üzü Allaha, ana yurdu tutdular candan baha, yollar açdı, qaranlıqdan sabaha.

Milli.Az


Etiketlər:  Ana yurdu candan əziz tutanlar VİDEO


RƏYLƏR