Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da peyvənd vurduranlara mağazalarda endirim olacaq

ABŞ-da peyvənd vurduranlara mağazalarda endirim olacaq

Tarix: 6 May 2021 08:32

ABŞ administrasiyası yeni koronavirus infeksiyasına qarşı vaksinasiyadan keçməyə qərar verən vətəndaşlar üçün mağazalarda və idman tədbirlərinə bilet alışları zamanı endirimlər edilməsi məsələsini nəzərdən keçirir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Co Baydeni Ağ Evdə çıxışı zamanı bəyan edib.

O, indi də vaksindən imtina edən vətəndaşlara peyvənd vurdurmağı təklif etdiyini deyib.

"Biz bilirik ki, milyonlarla amerikalının peyvənd vurdurmaq üçün bir az təşviqə ehtiyacı var... Nəhəng bizneslərlər işlər aparırıq, xüsusən ərzaq dükanlarına peyvənd vurdurmağa gələnlər üçün qiymətlərdə endirimlər kimi xüsusi şərtlərin təqdim olunması üçün müzakirələr edirik", - deyə prezident bildirib.

Milli.Az


Etiketlər:  ABŞ da peyvənd vurduranlara mağazalarda endirim olacaq


RƏYLƏR