Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəddar məşqçi qovuldu

Qəddar məşqçi qovuldu

Tarix: 6 May 2021 17:14

Almaniyanın Saksoniya Olimpiya Bədii Gimnastika Mərkəzinin rəhbəri Qabriele Freze idmançıların kobud rəftarla bağlı şikayətləri ilə əlaqədar işdən çıxarılıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, keçmiş dünya çempionu Polina Şeferin da aralarında olduğu 10-dan çox gimnast mütəxəssisin iş zamanı onları təhqir etdiyini və tabeçiliyindəkilərə həkim resepti olmadan dərman verdiyini açıqlayıb. 

Almaniyanın Gimnastika Federasiyası müstəqil araşdırma aparıb və nəticədə Freze tərəfindən 17 epizod üzrə psixoloji istismar aşkar edib. Məşqçi bütün ittihamları rədd etsə də, lakin bu, onun işdə qalmasına kömək etməyib. 

60 yaşlı Freze məhkəmənin qərarından şikayət vermək niyyətindədir. 


Etiketlər:  Qəddar məşqçi qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ