Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksinin yaradıcısı pandemiyanın nə vaxt bitəcəyini AÇIQLADI

Vaksinin yaradıcısı pandemiyanın nə vaxt bitəcəyini AÇIQLADI

Tarix: 6 May 2021 20:36

Koronavirus vaksininin yaradıcıs, türk professor Uğur Şahin pandemiyanın nə vaxta qədər davam edəcəyinə dair öz proqnozlarını açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, "The Wall Street Journal" tərəfindən təşkil edilən online konfransda çıxışı zamanı professor pandemiyanın 2022-ci ilin ortalarına qədər davam edəcəyini deyib.

"Pandemiyanın bitməsi üçün dünya miqyasında peyvəndləmə səviyyəsi yüksək olmalıdır. Əks halda heç kim təhlükəsiz şəraitdə hiss edə bilməyəcək. Dünya miqyasında "sürü immuniteti" yaranmayana qədər pandemiya davam edəcək. 2022-ci ilin ortalarına qədər Hindistan kimi əhalisi çox olan ölkələrdə belə yüksək peyvəndləmə səviyyəsinə çatmaq mümkün olacaq və kütləvi immunitet əldə olunacaq", - Uğur Şahin bildirib.

O, hesab edir ki, qarşıdakı 12 ay ərzində inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə də peyvəndləmə səviyyəsinin artacağını gözləyir. Amma bunun üçün mövcud vaksin istehsalı potensialını genişləndirmək, yeni istehsal müəssisələri qurmaq lazımdır.

"Nə qədər çox insana vaksin vurulsa o qədər yaxşıdır. Mümkün olan qədər çox insana vaksin vurulması lazımdır",-Şahin deyib.

Milli.Az


Etiketlər:  Vaksinin yaradıcısı pandemiyanın vaxt bitəcəyini AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ