Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeməkdən əvvəl, yoxsa sonra? - Vitaminlərin qəbul edilmə vaxtı

Yeməkdən əvvəl, yoxsa sonra? - Vitaminlərin qəbul edilmə vaxtı

Tarix: 6 May 2021 22:27

Vitamin və mineralların qəbulu zamanı bəzi qaydalara əməl etmək lazımdır ki, onlar düzgün sovrulub, orqanizmə dəstək verə bilsin.

Elə vitaminlər var ki, birbaşa yemək zamanı, xüsusən yağ qəbulu ilə, elələri də var ki,yeməkdən əvvəl və ya sonra qəbul edilməlidir.

Sonxeber.net medicina.az-a istinadən vitaminlərin qəbul vaxtını təqdim edir:

A, E, D K -vitaminləri

Yağda həll olan vitaminlər olduğu üçün mütləq yemək zamanı, xüsusən yağlı qidalar yeyərək qəbul edilir. Əgər yemək yemirsizsə, bir az yağ çörək yeyib, üzərindən bu vitaminlərdən birini içə bilərsiz. Yağ olmasa bu vitaminləri mədə turşusu məhv edir

Kalsiy - sümüklər üçün vacib mineraldır. Vitamin D və maqniy ilə birgə qəbul edilməlidir. Amma onu dəmir və sinklə eyni vaxtda içmək olmaz. Kalsiy içdikdən 1-2 saat sonra heç bir şey qəbul etməyin. Kalsiy yeməkdən əvvəl və ya 1 saat sonra qəbul edilə bilər. Səhər, axşam fərqi yoxdur.
B qrup vitaminləri

Sinir sistemini bərpa edir, enerji verir. Onu səhər yeməyi zamanı içmək lazımdır.

Maqniy, dəmir

Axşam saat 7-8-də və ya yuxudan əvvəl içə bilərsiz. Maqniy bir qədər sakitləşdirici təsir edir. Bu vitaminlərlə kofe, çay içmək olmaz. Maqniy yeməkdən dərhal sonra içilə bilər.

C vitamini

Günün istənilən saatı, bir stəkan su ilə içmək lazımdır. Mədə turşuluğunu artırır, ona görə acqarına olmaz. Dəmir defisiti, qan azlığında C vitaminini dəmir preparatı ilə birgə içmək olar.


Etiketlər:  Yeməkdən əvvəl yoxsa sonra Vitaminlərin qəbul edilmə vaxtı


RƏYLƏR