Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 23:21
Beynəlxalq tədqiqatçı qrupu KOVID-19 virusundan sağaldıqdan sonra iybilmə hissini itirmiş xəstələrin bərpası üçün kortikosteroid dərmanlarından istifadə etməməli qənaətinə gəlib. Mütəxəssislər gündə iki dəfə ən azı dörd güclü qoxu ilə burnu məşq etdirməyi tövsiyə edir. Alimlər elmi ədəbiyyata sistematik baxış keçirərək, qoxu disfunksiyası olan insanlar üçün tez-tez təyin olunan kortikosteroidlərin faydasız olduğunu və bu preparatların adətən soyuqdəymə vaxtı burnu tutulmuş və ya iltihabı olan xəstələrə kömək edə biləcəyini qeyd edir.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, koronavirusa yoluxma zamanı, sinir sisteminin zədələnməsi səbəbindən iybilmə itkisi baş verir və əvvəlki tədqiqatlar bu hallarda bu cür dərmanların effektivliyini göstərməyib. Bundan əlavə, kortikosteroidlərin istifadəsi yan təsirlərlə malikdir, iybilmə hissi isə, çox vaxt dərman qəbul etmədən özü qayıdır. Eyni zamanda, iybilmə hissini bərpa etmək üçün burnu məşq etdirmək bərpa prosesini daha da sürətləndirə bilər. Xəstələrə ümumiyyətlə bunun üçün dörd qoxu mənbəyi istifadə etmələri tövsiyə olunur: mixək, qızılgül, limon və evkalipt. Daha yaxşı nəticə üçün qoxular 12 həftədən bir dəyişdirilməlidir. Eyni zamanda ətirlərdən, sitrus meyvələrinin soyulmuş qabıqlarından, vanil və ya üyüdülmüş qəhvədən də istifadə etmək olar.