Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu xidmətlər elektronlaşdırılır - Sənəd toplamağa ehtiyac qalmayacaq - VİDEO

Bu xidmətlər elektronlaşdırılır - Sənəd toplamağa ehtiyac qalmayacaq - VİDEO

Tarix: 7 May 2021 11:00

İcra hakimiyyətlərinin vətəndaşlara göstərdiyi xidmətlər elektronlaşdırılır. Bunun üçün rəqəmsal icra hakimiyyəti portalının yaradılmasına başlanıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən regional rəqəmsal hökümətin formalaşdırılmasına başlanıb. İlkin olaraq vətəndaşlar arasında sorğu keçirilib və ən çox istifadə edilən xidmətlərin siyahısı tərtib olunub.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun sözlərinə görə, vətəndaşlar şəxsiyyət vəsiqəsində olan məlumatlarla bir çox xidmətlərdən yararlanacaqlar. Beləliklə, hansısa bir qurumdan digərinə sənəd alıb təqdim etməyə ehtiyac qalmayacaq.

Vətəndaş ona göstərilən xidmətlərlə bağlı şikayət və təklifini də onlayn qaydada qeyd edə biləcək. Şikayətə verilən reaksiya və təkliflər izləniləcək. İlkin olaraq Gəncə şəhəri, Quba və Masallı rayonlarında pilot layihə olaraq işlərin görülməsinə başlanıb. İlin sonunda isə ölkənin bütün rayonlarını əhatə etməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  xidmətlər elektronlaşdırılır Sənəd toplamağa ehtiyac qalmayacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ