Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 14:15
NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərənAzərbaycan Ordusunun sülhməramlıları Əfqanıstandan çıxarılır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində 5 mindən çox hərbçinin Əfqanıstandan çıxarılması gözlənilir.
Qeyd olunub ki, NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden may ayının 1-dən başlayaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını bəyan edib.