Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 09:08
İsrail may ayının axırında koronavirusla bağlı məhdudiyyətlərin hamısını ləğv etməyi planlaşdırır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu səhiyyə naziri Yuli Edelşteynlə keçirdiyi brifinqdə bəyan edib.
O bildirib ki, bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvardırlar.
"Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik", - ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçmədiyini deyən Netanyahu əlavə edib.
O vurğulayıb ki, İsraildəki 16 yaşdan yuxarı insanların peyvəndlənməsi mayın sonunda tamamlanacaq. Bundan sonra isə ölkədə pandemiya ilə bağlı vəziyyət apreldə normallaşacaq.