Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 14:30
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş katibi, Tomsk vilayətinin fəxri vətəndaşı Yeqor Liqaçev 101 yaşında vəfat edib.
Sonxeber.net rus mediasına istinadən xəbər evrir ki, bu barədə Tomsk vilayət administrasiyasının informasiya siyasəti şöbəsinin müdiri Aleksey Sevostyanov bildirib.
Qeyd edək ki, Sovet və Rusiyanın siyasi dövlət xadimi Y.Liqaçev 1983-1990-cı illərdə Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışıb.
O, 29 Noyabr 1920-ci ildə Tomsk vilayətinin Dubinkino kəndində (indiki Novosibirsk vilayətinin Çulymski rayonu) anadan olub. 1985-ci ilin aprelindən Siyasi Büronun üzvü, 1985-1988-ci illərdə, Sov.İKP MK-nın ideologiya məsələlər üzrə məsul şəxsi idi.
SSRİ-də alkoqolla mübarizə kampaniyasının təşəbbüskarlarından olan Liqaçev Boris Yeltsinə söylədiyi, "Boris, yanılırsan" ifadəsi ilə də məşhur idi.
SSRİ-nin ikinci adamı olmuş Yeqor Liqaçev Rusiya mətbuatına müsahibəsində Mixail Qorbaçovu aradan götürtmək istədiyini, lakin yaxın ətrafından heç kimi bu işə razı sala bilmədiyini söyləyib. 1983-1990-cı illərdə Sov. İKP-nin katibi, faktiki olaraq partiyanın və dövlətin ikinci adamı olmuş Yeqor Liqaçev bununla bağlı Siyasi Büro yoldaşları ilə danışıqlar apardığını söyləyib: "Soyadlarını çəkməyəcəm. "Etibarınıza, belə açıq söhbətinizə görə sağ olun Yeqor Kuzmiç, sizi dəstəkləyirəm, amma mən döyüşçü deyiləm",- deyə mənə cavab verirdilər... Belələri çox idi, amma "döyüşçü" olmadıqlarına görə uduzdular".
Liqaçev daha sonra Boris Yeltsinin 1991-ci ildə Beloveş meşəsində Belarus və Ukrayna liderləri ilə birləşərək SSRİ-nin dağıdılması barədə qərar verilməsinə də toxunub: "Bu üç siyasi xadimi Beloveş meşəsində həbs etməli idik. Onlar elə qorxurdurlar ki, xaricə qaçmağa belə hazır idilər. Boş yerdən xəyanət yeri kimi Polşa sərhədi seçilməmişdi".
Kamran Seyidov