Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 18:00
"WhatsApp" messencerinin komandası yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçiləri deaktiv etməyəcəyini elan edib. Lakin yeni qaydaları qəbul etməyənlərə qarşı hansısa qadağa tətbiq ediləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, xatırladaq ki, messencerin yeni qaydaları mayın 15-də qüvvəyə minəcək. Eyni zamanda, istifadəçilərə onların qəbulu üçün əlavə vaxt veriləcək. Bir neçə həftədən sonra "WhatsApp" istifadəçilərə yenilik haqqında bildiriş göndərməyə başlayacaq.
"WhatsApp"ın nümayəndələri yeni məxfilik qaydalarının əksər istifadəçilər tərəfindən qəbul edildiyini bildiriblər. Eyni zamanda yeni qaydaları qəbul etməyənlərin hesabı deaktiv edilməyəcək, ancaq funksionallığı məhdudlaşdırıla bilər.
Emil Hüseynov