Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 09:20
"İndi bildim ki, kişidən pul alıb yemək nə qədər pis bir şeydir. Öz qazancım olanda hər kəsə ürəklə verirdim, çünki bilirdim ki, öz qazancımdır".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Yeganə Mürsəl "Hüseynova bacıları" proqramında deyib. Pandemiyada toysuz qalan ifaçı qazanc yeri olmadığı üçün həyat yoldaşından pul istəməsindən bəhs edib:
"İndi həyat yoldaşım pul göndərir, üstündən 5 gün keçəndə özüm istəməyə utanıram. Oğlum Ömərə öyrədirəm ki, "Ataya de ki, filan şey lazımdır". O, deyən kimi razılaşır, sonra mənə yazır ki, "Yeganə, pul nə tez qurtardı?".
Qeyd edək ki, Yeganə Türkiyə vətəndaşı Fatehlə ailəlidir.