Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir

Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir

Tarix: 9 May 2021 09:24

Bu gün Azərbaycanda sonuncu Qədr (Əhya) gecəsidir.

Milli.Az APA-ya istinadən bildirir ki, sonuncu Qədr gecəsi Ramazanın 26-cı gününə, mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə Ramazanın 22-ci gününə, mayın 5-dən 6-na keçən gecəyə təsadüf edib.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

Milli.Az


Etiketlər:  Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ