Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 19:28
ABŞ-ın Cənubi Karolina ştatının Nümayəndələr Palatası ölümcül inyeksiya üçüm preparatlar olmadıqda edam cəzasının güllələnmə yolu ilə icra olunmasına icazə verən qanun layihəsini qəbul edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sənəd Senatda müzakirələrdən sonra imzalanması üçün qubernator Henri Makmasterə göndəriləcək. Beləliklə, Cənubi Karolina ən yüksək cəza növünün güllələnmə yolu ilə icrasına icazə verilən ABŞ-ın dördüncü ştatı ola bilər.
Qeyd edək ki, Cənubi Karolinada 2011-ci ildən bəri edam cəzası icra olunmur. Hazırda ştatda 37 məhkum ölüm hökmünün həyata keçirilməsini gözləyir. Qanun layihəsinin müəllifləri sənədin inyeksiya üçün dərman preparatlarının tədarükü ilə bağlı problemlər fonunda ölüm hökmünün icrasına başlamağa imkan verəcəyinə ümid edirlər. Əczaçılıq kompaniyaları istehsal etdikləri preparatların bu məqsədlər üçün istifadə olunmasını istəmədikləri üçün onları almaq getdikcə çətinləşir. Ştatda ölüm cəzasına məhkum edilən şəxslər edam hökmümün inyeksiya və ya elektrik stolu vasitəsi ilə icra olunmasını seçə bilərlər.