Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2020: Biletlərin ləğvi başlayıb

AVRO-2020: Biletlərin ləğvi başlayıb

Tarix: 10 May 2021 14:28

AVRO-2020 üçün sifariş olunan biletlərin ləğvi və pulların qaytarılmasına başlanılıb.

Milli.az apasport.az-a istinadən xəbər verir ki, UEFA onlayn bilet əldə edənlər arasında püşkatma keçirib.

Bəxti gətirməyən azarkeşlər bu barədə bildiriş alıb. Onların bileti ləğv edilib və ödədikləri vəsait geri qaytarılır.

Buna səbəb oyunların məhdud sayda tamaşaçı önündə keçirilməsidir. Biletlər Bakı və Avropanın digər 10 şəhərinin qəbul edəcəyi yarışda tamaşaçı sayını tənzimləmək üçün geri qaytarılır.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Milli.Az


Etiketlər:  AVRO 2020 Biletlərin ləğvi başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ