Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2021 21:14
Portuqaliyanın "Portu" klubunun futbolçusu Mussa Mareqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, 30 yaşlı hücumçu "Əl Hilal" klubu ilə müqavilə imzalayıb.
Bu barədə Ər Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mareqa ilə sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Hücumçu yeni klubuna azad agent kimi yayda qoşulacaq.
Mareqa 2016-cı ildən "Portu"da çıxış edir. Malili hücumçu bu komanda ilə 190 oyunda 72 qol vurub.
Mareqanın adı Türkiyənin "Fənərbağça" klubu ilə hallanırdı.