Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 09:20
Qaçış sindromundan əziyyət çəkən türkiyəli şoumen Mehmet Əli Ərbil müsahibəsi ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, şoumen xəstə olduğu zamanda Allaha inancının artdığını bildirib:
"Yaşadıqlarım mənəviyyatıma dərindən təsir etdi. Xəstəliklə Allaha bağlandım, inancım qüvvətləndi. Yaşadığım hər şeyi taleh olaraq dəyərləndirirəm. Tez-tez məscidə gedirəm. Həccə getmək istəyirəm.
Ölümdən qorxmadım, özümü ölümə hazırladım. Üsyan etmədim. Əvvəllər çox xəstələnim, sevənlərim məni qapıda gözləsin istəyirdim, elə də oldu. 20 ildir ki, ayda 1 dəfə xəstəxanada yatıram, müalicə olunuram. Dövlətimə xidmət etdim, dövlətim də mənə sahib çıxır. Dərmanlarımı qarşılayırlar".