Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 15:56
Hindistan üçün müqəddəs sayılan Qanq çayında koronavirusdan öldükləri ehtimal edilən insanların onlarla meyiti tapılıb.
Sonxeber.net lent.az-a istinadn xəbər verir ki, Bihar ştatının sakinləri mayın 10-da çayda ən azı 30 çürümüş cəsəd aşkar ediblər. Bəzi yerli sakinlər isə iddia edirlər ki, 100-150 cəsəd görüblər.
Versiyalardan birinə görə, hinduizm ənənəsinə görə yandırılmalı olan cəsədlər çaya sahil kəndlərinin sakinləri bunu edə bilməkdikləri səbəbindən atıblar.
Hazırda çay yerli administrasiyanın göstərişi ilə cəsədlərdən təmizlənir. Onların yandırılması xərclərini ştat özü qarşılayacaq.