Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən yaşlı aktyoru vəfat etdi

Dünyanın ən yaşlı aktyoru vəfat etdi

Tarix: 12 May 2021 10:26

Amerikalı aktyor Norman Lloyd 106 yaşında Los-Ancelesdəki (Kaliforniya ştatı) evində dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Variety" jurnalı onun prodüseri Din Harqrouva istinadən bildirib.

İxtisaslaşmış "oldest.org" internet resursunun məlumatlarına əsasən, Lloyd sənayedə çalışan ən yaşlı aktyor idi.

"Variety" qeyd edir ki, aktyor ömrünün son günlərinə qədər müxtəlif müsabiqələr, festivallar və şouların münsiflər heyətinin tərkibində yer alırdı.

1914-cü il noyabrın 8-də anadan olan Lloydun karyerası ötən əsrin 30-cu illərində Nyu-Yorkda başlayıb. Aktyor 60-dan çox film və teleşoularda, o cümlədən məşhur rejissor Alfred Hiçkokun (1899-1980) "Diversant" (Saboteur, 1942) və "Tilsimlənmiş" (Spellbound, 1945) adlı ekran işlərində çəkilib.

Milli.Az


Etiketlər:  Dünyanın yaşlı aktyoru vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ