Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Türkiyə qapanmadan normallaşma dövrünə keçir” - Ərdoğan

“Türkiyə qapanmadan normallaşma dövrünə keçir” - Ərdoğan

Tarix: 12 May 2021 15:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə tətbiq olunan qapanmadan sonra normallaşma prosesinin başlayacağını açıqlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ramazan ayının bitməsi münasibətilə etdiyi telemüraciətdə bildirib.

"Pandemiyanı nəzarət altına alaraq Ramazan bitdikdən sonra idarə olunan normallaşmaya başlamaq üçün addımlar atacağıq" - deyə, o qeyd edib.

O, səlahiyyətlilərin 2020-ci ilin sonuna qədər yoluxma problemini həll etməyi planlaşdırdıqlarını, bununla birlikdə pandemiyanın yeni dalğalarının təkcə Türkiyəyə deyil, bütün dünyaya təsir etdiyini və Türkiyənin məhz bu səbəbdən məhdudiyyətləri yenidən tətbiq etməli olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxma tempinin artması səbəbi ilə aprelin 29-dan mayın 17-nə kimi tam qapanma elan olunub


Etiketlər:  Türkiyə qapanmadan normallaşma dövrünə keçir Ərdoğan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ