Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şaka” ləqəbli narkotik alverçisi saxlanıldı

“Şaka” ləqəbli narkotik alverçisi saxlanıldı

Tarix: 13 May 2021 10:00

Xaçmaz rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs tutulub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Şakir Balamətov ("Şaka" ləqəbli) yaşadığı evin yaxınlığında saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan 685 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı Ş.Balamətov narkotik vasitənin ona məxsus olduğunu və rayon ərazisində satışını həyata keçirdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az


Etiketlər:  Şaka ləqəbli narkotik alverçisi saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ