Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2021 16:08
Xəbər verdiyimiz kimi, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovun vəzifəsindən kənarlaşdırılması barədə erməni mətbuatında xəbərlər dərc olunub. Yayılan xəbərlərə görə, R.Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin olunacaq.
Sonxeber.net sülhməramlıların yeni komandanı kimi adı çəkilən A.Avdeyev haqqında məlumatı təqdim edir:
Aleksey Avdeyev 1967-ci ildə Daşkənddə anadan olub. O, motoatıcı qoşunların generalıdır. Rusiya Federasiyasının "Vətənə xidmətə görə", 3-cü və 4-cü dərəcəli "Jukov", "Hərbi xidmətlərə görə", "Dostluq", "Suvorov" medalı və digər mükafatlar ilə təltif edilib.