Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çelsi” yay transferlərinə 150 milyon funt sterlinq xərcləyəcək

“Çelsi” yay transferlərinə 150 milyon funt sterlinq xərcləyəcək

Tarix: 14 May 2021 14:26

İngiltərənin "Çelsi" klubunun yay transferlərinə ayıracağı vəsait bəlli olub.

Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, London təmsilçisinin sahibi Roman Abramoviç yeni oyunçuların alınmasına 150 milyon funt sterlinq xərcləyəcək.

O, baş məşqçi Tomas Tuxelin işindən razıdır. Bu üzdən də almaniyalıya heyətin gücləndirilməsi üçün bu qədər vəsait ayrılması məqsədəuyğun sayılıb.

Ötən yay paytaxt klubu eyni məqsədlə 253 milyon funt xərcləmişdi. Frenk Lempardın baş məşqçi olduğu dövrdə bu vəsaitlə Timo Verner, Kay Haverts, Hakim Ziyeş, Ben Çiluell və Eduar Mendi transfer edilib.

Qeyd edək ki, Tuxel "Borussiya"dan Erlinq Haland, "Bavariya"dan Niklas Sulenin transferində maraqlıdır.


Etiketlər:  Çelsi transferlərinə milyon funt sterlinq xərcləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ