Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon “Xiaomi”nin üzərindən sərmayə qadağasını götürür

Pentaqon “Xiaomi”nin üzərindən sərmayə qadağasını götürür

Tarix: 14 May 2021 16:16

ABŞ Müdafiə Nazirliyi və Çinin elektronika nəhəngi "Xiaomi" respublikaçı Donald Trampın prezidentliyi dövründə qəbul edilmiş sərmayə qadağasının şirkətin üzərindən götürülməsi barədə razılığa gəliblər.

Bu barədə məlumatı "Bloomberg" agentliyi məhkəmə sənədinə istinadən yayıb.

Sənədə əsasən, tərəflər məhkəməni davam etdirməyə ehtiyac olmadan mübahisənin həllinə imkan verəcək əlavə addımlar barədə razılığa gəliblər.

Tərəflər bir sıra şərtlər üzrə danışıqları davam etdirirlər və mayın 20-nə qədər birgə bəyanat verməyi planlaşdırırlar.

Pentaqon bu ilin yanvarında ABŞ-da fəaliyyət göstərən və rəsmi Vaşinqtonun fikrincə, ÇXR hərbi sənayesi ilə əlaqəsi olan Çin şirkətlərinin siyahısını genişləndirib. Siyahıya "Xiaomi" də salınıb. Trampın fərmanına əsasən, ABŞ biznesmenlərinə siyahıdakı şirkətlərə investisiya yatırmaq qadağan edilir.


Etiketlər:  Pentaqon Xiaominin üzərindən sərmayə qadağasını götürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ