Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filippində yoluxmaların gündəlik sayı azaldığına görə məhdudiyyətlər yumşaldılacaq

Filippində yoluxmaların gündəlik sayı azaldığına görə məhdudiyyətlər yumşaldılacaq

Tarix: 14 May 2021 23:34

Filippində yoluxmaların gündəlik sayı azaldığına görə Prezident Rodriqo Duterte paytaxt Manilada və qonşuluqda yerləşən əyalətlərdə məhdudiyyətlərin yumşaldılmasına razılıq verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mayın 15-dən başlayaraq Manila ilə yanaşı, Bulakan, Rizal, Laquna və Kavite əyalətlərində dini mərasimlərin keçirilməsinə və restoranların fəaliyyətinə icazə veriləcək. Həmçinin ziyarətçilərin sayının 30 faizi keçməməsi şərti ilə turizm obyektlərinin fəaliyyəti də bərpa olunacaq.

Bununla yanaşı, paytaxt Manilada və ətraf əyalətlərdə karantin statusunun davam etdirilməsinə mayın 31-də yenidən baxılacağı da bildirilir.

R.Duterte cəmiyyəti dini mərasimlərin təşkili zamanı mövcud vəziyyəti unutmamağa və bu tədbirlərdə məhdudiyyətləri gözləməyə çağırıb.

Prezidentin sözlərini sitat gətirən sayt yazır: "Pandmiyanın nə qədər davam edəcəyini demək mümkün deyil".

Məhdudiyyətlərin hələ bir müddət davam edəcəyini qeyd edən dövlət başçısı əhalinin təhlükəsizliyinə və sağlamlığına təhdid yaradacaq pozuntu hallarına görə yerli administrasiyaların ciddi cəzalandırılacağını da bildirib.

Həmçinin virusun daha təhlükəli ştamlarının ölkədə yayılmasının qarşısını almaq üçün Hindistan, Pakistan, Şri-Lanka, Nepal və Banqladeşdən gələn səyyahların səfərlərinə qadağa davam etdiriləcək.


Etiketlər:  Filippində yoluxmaların gündəlik sayı azaldığına görə məhdudiyyətlər yumşaldılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ