Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha 12 nəfərin əlilliyi ləğv olundu - FOTO

Daha 12 nəfərin əlilliyi ləğv olundu - FOTO

Tarix: 16 May 2021 15:14

Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Milli.Az-a bildirilib ki, hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlilik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 26 şəxsin də komissiya tərəfindən əyani müayinəsi aparılıb.

Komissiya Agentlik, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də iştirak edib.

Müayinəsi aparılan şəxslərdən 12-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib.

Qeyd edək ki, bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi, saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Milli.Az


Etiketlər:  Daha 12 nəfərin əlilliyi ləğv olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ