Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 15:36
Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Qəzza ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar fövqəladə iclası keçiriləcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.
"İsraillə Fələstin arasında davam edən gərginlik və mülki itkilərin sayının qəbuledilməz olduğunu nəzərə alaraq, mayın 18-də Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin fövqəladə iclasını çağırıram. Biz Aİ-nin mövcud zorakılığın sona çatmasına necə töhfə verə biləcəyini müzakirə edəcəyik", - deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.
XİN başçılarının iclası videokonfrans formatında keçiriləcək.