Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 19:26
"Bu gün Qarabağ müharibəsi nəticəsində 5000-dən artıq qurban və 3500-dən artıq itkin düşən haqqında danışılır".
Sonxeber.net ordu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Naira Zöhrabyan deyib.
"Lakin başa düşmək lazımdır ki, mümkündür ki, 3500 itkin düşəndən, bu rəqəmin maksimum 10, 20 və ya 30 faizi əsir düşüb. Qalanı, təəssüf ki, böyük ehtimalla ölüb", - deyə o bildirib.
Erməni deputat çaşqınlıqla bildirib ki, yaralı erməni əsgərlərin yaxınları onlar üçün özləri ağrıkəsicilər almağa məcburdurlar.