Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 21:04
2021-ci ilin aprelində Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında məlumat verilir.
Hesabata əsasən, bu göstərici mart ayı ilə müqayisədə dəyişməz qalıb.
Qeyd olunub ki, aprel ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 101 faiz yerinə yetirib:
"Azərbaycanın bazis tədarük səviyyəsi 0,72 milyon barel/sutkaya bərabərdir. May və iyun ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,6 və 0,61 milyon barel/sutka təşkil edir".