Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 09:12
İranda 5.5 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, zəlzələ Şimali Xorasan əyalətinin Sənxast şəhərində qeydə alınıb.
Zəlzələ yerin 16 kilometr dərinliyində, yerli vaxtla saat 03:34-də baş verib.
Zəlzələ nəticəsində evlərə ziyan dəyib. Hələlik xəsarət alanlar barədə məlumat açıqlanmayıb.