Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaza görə abonentə yazılan əsassız borc silinmir - VİDEO

Qaza görə abonentə yazılan əsassız borc silinmir - VİDEO

Tarix: 17 May 2021 11:50

Sayğaca müdaxiləyə görə borc yazılıb, amma məhkəmə əksini sübut edib. İmişli rayon sakini Mehdi Məmmədov qəribə vəziyyətlə üzləşib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, mənzilində quraşdırılmış qaz sayğacına müdaxiləni əsas gətirərək ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üçün ona borc yazılıb.

Mehdi Məmmədovun sözlərinə görə, laboratoriyadakı ilk yoxlanışdan sonra yazılmış borc bir qədər azaldılıb. Vətəndaş borcun əsassız olduğunu iddia edərək məhkməyə müraciət edib.

İmişli rayon məhkəməsi tərəfindən vətəndaşın xeyrinə qərar çıxarılıb. Amma vətəndaş borcun ləğv edilmədiyini deyir.

''Azəriqaz'' məsələdən xəbərdardır. Qurumdan bildirilib ki, vətəndaş mövcud sənədlərlə qurumun baş ofisinə və rayon şöbəsinə müraciət etməlidir.

Bundan sonra isə quruma təqdim edilmiş sənədlər araşdırılacaq və icraya yönəldiləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Qaza görə abonentə yazılan əsassız borc silinmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ