Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avroliqada 3-cü mərhələnin bütün cütlükləri

Avroliqada 3-cü mərhələnin bütün cütlükləri

Tarix: 2 Avqust 2019 10:00

Dünən Avropa Liqasında II təsnifat mərhələsinə yekun vuruldu.

Qol.az xəbər verir ki, keçirilən 41 görüşdən sonra III raunddakı cütlüklər müəyyənləşib. Növbəti mərhələdə 36 cütlük mübarizə aparacaq. 

Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” pley-offa vəsiqə uğrunda İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, III mərhələnin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

 

Avropa Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

"Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya)

“Makkabi” (Təl-Əviv, İsrail) - "Suduva" (Litva)

"Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan)

"Riqa" (Latviya)  - HİK (Finlandiya)

"Lüdoqorets" (Bolqarıstan) - TNS (Uels)

“Sarayevo” (Bosniya və Herseqovina) - BATE (Belarus)

"Düdelanj" (Lüksemburq) – “Nomme Kalyu" (Estoniya)

"Astana" (Qazaxıstan) - "Valletta" (Malta)

"Şerif" (Moldova) - AIK (İsveç)

"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya)

 

Əsas yol

“Norçepinq” (İsveç) - “Hapoel" (Beer-Şeva, İsrail)

“Torino” (İtaliya) - “Şaxtyor” (Belarus)

“Austriya” (Avstriya) – “Apollon” (Kipr)

“Antverpen” (Belçika) - “Viktoriya” (Çexiya)

“Feyenoord” (Hollandiya) – “Dinamo" (Gürcüstan)

"Brondbü" (Danimarka) - “Braqa” (Portuqaliya)

“Mölde” (Norveç) - “Aris” (Yunanıstan)

“Lokomotiv” (Bolqarıstan) - “Strasburq” (Fransa)

“Tyun” (İsveçrə) - “Spartak” (Rusiya)

"Styaua" (Rumıniya) - “Mlada Boleslav” (Çexiya)

“Pünik” (Ermənistan) - “Vulverhempton” (İngiltərə)

“Midtyulland” (Danimarka) - “Reyncers” (Şotlandiya)

“Mariupol” (Ukrayna) - “Alkmaar” (Hollandiya)

AEK (Kipr) - “Gent” (Belçika)

“Legiya” (Polşa) - “Atromitos” (Yunanıstan)

“Hoqesun” (Norveç) - PSV (Hollandiya)

“Riyeka” (Xorvatiya) - "Aberdin" (Şotlandiya)

“Ventspils” (Latviya) – “Vitoriya” (Portuqaliya)

“Vaduts” (Lixtenşteyn) - “Ayntraxt” (Almaniya)

“Partizan” (Serbiya) - “Yeni Malatyaspor” (Türkiyə)

“Malmö” (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina)

MOİK (Bolqarıstan) - “Zarya” (Ukrayna)

“Neftçi” (Azərbaycan) - “Bney Yehuda” (İsrail)

“Lütsern” (İsveçrə) - “Espanyol” (İspaniya)

“Sparta” (Çexiya) - “Trabzonspor” (Türkiyə)

"Universitatya Krayova” (Rumıniya) - AEK (Yunanıstan)

 


Etiketlər:  Avroliqada mərhələnin bütün cütlükləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ