Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda “Tauktae” qasırğası 8 nəfərin ölümünə səbəb olub

Hindistanda “Tauktae” qasırğası 8 nəfərin ölümünə səbəb olub

Tarix: 18 May 2021 09:30

Hindistanın qərb sahillərindən gələn "Tauktae" tropik qasırğası ölkə ərazisində fəsadlar törədib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, qasırğa azı 8 nəfərin ölümünə səbəb olub.

Bundan başqa ölkə infrastruktruna ciddi ziyan dəyib, elektrik dirəkləri və bir çox ağaclar kökündən çıxıb, minlərlə insan işıqsız qalıb.

165 km / saat sürətlə şimala doğru irəliləy qasırğa Ərəb dənizinin şərq-mərkəzi hissəsində - Kerala, Karnataka, Maharaştra və Goa əyalətlərini də vurub.

Bölgə səlahiyyətliləri, təxminən 150 min insanı təhlükəsiz ərazilərə təxliyə edib. Təcili yardım xidməti və ordu hazır vəziyyətə gətirilib.


Etiketlər:  Hindistanda Tauktae qasırğası nəfərin ölümünə səbəb olub


RƏYLƏR