Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda ayılar fotoqrafa hücum etmək istədi, maraqlı görüntülər ortaya çıxdı - FOTO

Naxçıvanda ayılar fotoqrafa hücum etmək istədi, maraqlı görüntülər ortaya çıxdı - FOTO

Tarix: 18 May 2021 15:40

Fotoqraf İradə Qədirovanın Ordubadda Göygöl ərazisində çəkdiyi ayı fotoları qısa müddət ərzində viral olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, fotoqraf ayının ona hücum etmək istədiyini bildirib:

"Bu il 6 il olacaq ki, təbiətdəyəm və məni tanıyanlar bilir ki, təhlükəli olsa da arzularımdan biri ayı görmək idi. Qarlı sahə üzərinə çıxmışdıq və sürücü dostumuz Səyyad ağır samovar aparırdı. Bir səs eşitdim, düşündüm ki, uşaq yıxılıb səs edir. Arxaya çevriləndə ayı gördüm. Yanında iki balası olan ana ayı nərildəyirdi və hücuma hazırlaşırdı. Amma zərərsiz və silahsız olduğumuzdanmı yoxsa, 4 nəfər olduğumuzdanmı, balalarını da yanına saldı, üzü arxaya mütəmadi çönüb baxa-baxa dağın başına qalxdı", - deyə o qeyd edib.

Fotoqrafın çəkdiyi ayıların görüntüsü sosial şəbəkələrdə dəfələrlə paylaşılıb.

Milli.Az


Etiketlər:  Naxçıvanda ayılar fotoqrafa hücum etmək istədi maraqlı görüntülər ortaya çıxdı FOTO


RƏYLƏR