Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2021 17:56
Ə.Verdiyev: Ordumuz Laçından Qarabağ bölgəsinə tam nəzarət edir
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, 1992-ci ilin mayın 18 də işğal edilən Laçın rayonu artıq indi Azərbaycanın tam nəzarətindədir. Laçın həm Ermənistanla, həm də Şuşa, Hadrut, Qubadlı ilə həmsərhəd olan strateji rayonlarlarımızdan biridir. Laçının həm də əsas xüsusiyyəti ondan ibarətdir ki, 1992-ci ildə Ermənistanın Qarabağa daxil olması məhz Laçında yerləşən koridor sayəsində idi. Ona görə də Laçın rayonu hər iki münaqişə tərəfi üçün ciddi bir əhəmiyyət daşıyırdı.
Ədalət Verdiyev həmçinin deyir ki, 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan ordusu daha geniş miqyasda Laçın rayonu ərazisində qəhrəmanlıq nümunəsi göstərdi. Bu gün Laçında Müzəffər Ali Baş komandan tərəfindən qaldırılan üçrəngli bayrağımız dalğalanır.
Ədalət Verdiyev həm də qeyd etdi ki, biz bu dağlara, bu təbiətə müzəffər ordumuzun sayəsində gəldik. Artıq Laçın bizimdir və biz bu strateji əhəmiyyət daşıyan ərazidən bütün bölgəyə tam nəzarət edirik.