Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp” messencerində istifadəçilərin yazışmaları şifrlənəcək

“WhatsApp” messencerində istifadəçilərin yazışmaları şifrlənəcək

Tarix: 18 May 2021 21:16

"WhatsApp" messencerində dialoqların ehtiyat surətlərinin şifrlənməsi funksiyası reallaşdırılacaq.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hazırda "Android" və "iOS" sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün ehtiyat surətlər "Google Drive" və ya "iCloud" bulud sistemlərində saxlanılır. Nəticədə bulud sisteminə müdaxilə etmiş haker şifrlənməmiş arxiv yazışmalarını asanlıqla ələ keçirə bilər.

İstifadəçilərin məlumatlarını müdafiə edən yeni funksiyanın beta-testi "WhatsApp" messencerinin yenilənmiş versiyasında əlçatan olacaq. Ancaq şifrləmə funksiyasını istənilən vaxt deaktiv etmək mümkün olacaq.


Etiketlər:  WhatsApp messencerində istifadəçilərin yazışmaları şifrlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ