Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 15:18
Fələstinin Qəzza bölgəsinə faktiki nəzarət edən HƏMAS qruplaşmasının Siyasi Bürosunun sədri İsmayıl Haniyə İranın dini rəhbəri ayətulla Əli Xameneiyə məktub yazaraq ondan kömək istəyib.
Sonxeber.net Al Arabiya-ya istinadən bildirir ki, İranın dini liderinə göndərilən məktubda Haniyə, Xameneini Həmasa kömək üçün müsəlman, ərəb və beynəlxalq ölkələr səviyyəsində təcili tədbirlər görməyə çağırıb.
Məktubda o İsraili "yəhudiləşdirmə əməliyyatı və onların məskunlaşmasını sürətləndirməkdə, fələstinliləri məcburi köçürməkdə, etnik təmizləmə həyata keçirməkdə və Bab əlAmud və Şeyx Cərrah bölgələrinə hücumlarını, habelə Əl Əqsa məscidinə və burada ibadət edənlərə hücum etməkdə, məscidin qapılarını bağlayaraq fələstinliləri orada namaz qılmasına və ibadət etməsinə mane olmaqda" günahlandırıb.
Haniyə məktubun davamında yazıb: "50 ildən çoxdur ki, Qüdsdə Fələstin torpaqlarını və müqəddəs dəyərlərini qorumaq üçün və İslam, ərəb ümməti adından müqavimət və səbr yolunu tutan Fələstin xalqı qələbəyə qədər bu yolu davam etdirməkdən, bu torpaqlara qayıtmaqdan və paytaxtı müqəddəs Qüds olan müstəqil Fələstin dövlətini qurmaqdan heç vaxt dayanmayacaq".