Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

5000 dolları Azərbaycanda çıxış etməkdən üstün tutdu

5000 dolları Azərbaycanda çıxış etməkdən üstün tutdu

Tarix: 19 May 2021 17:18

"Minay"dan ayrılmağa hazırlaşan Anatoli Nuriyev fikrindən daşınıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, millinin hücumçusu Ukraynada qalmağı qətiləşdirib.

25 yaşlı hücumçunun Ujqorod təmsilçisi ilə 2022-ci ilin yayınadək olan müqaviləsində belə bir bənd var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, o, azad agent statusu alacaq.

Menecerlər vasitəsilə "Sabah"a təklif edilən forvardın xidmətində maraqlı olan komanda "Kolos"dur.

Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən kollektiv avrokuboklar öncəsi heyətini gücləndirmək istəyir. Hücum xətti üçün nəzərdə tutulan əsas namizəd isə Nuriyevdir.

"Kolos" bu mövsüm vurduğu 10 qolla bombardirlər yarışını 3-cü pillədə başa vuran Nuriyevə 5000 dollar əməkhaqqı təklif edib.

Milli.Az


Etiketlər:  5000 dolları Azərbaycanda çıxış etməkdən üstün tutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ